Şriftin ölçüsü :

Saytın rəngi :

Antiterror tədbirləri zamanı şəhid olan İsmiyev Zeynal Mustafa oğlunun məzarı rayon ictimaiyyəti tərəfindən ziyarət olunub

30 oktyabr 2023 | 13:18

Antiterror tədbirləri zamanı şəhid olan İsmiyev Zeynal Mustafa oğlunun məzarı 30 oktyabr 2023-cü ildə Xətai rayon ictimaiyyəti tərəfindən ziyarət olunub.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, RİH aparatının kollektivi, bələdiyyə sədrləri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları şəhidin ruhuna dualar edib, ehtiramlarını bildiriblər.

Daha sonra İcra başçısı şəhidin ailə üzvləri ilə söhbət edib, onların qayğıları ilə maraqlanıb. Şəhidin ailə üzvləri şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Canı bahasına şanlı tariximizi yazan şəhidlərimizlə fəxr edirik, onların əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq!

Keçidlər