Aprel ayında Xətai rayon məktəblərində "Narkomaniyaya "YOX" deyək" adlı silsilə tədbirlər keçirilib
Xətai rayon ümumtəhsil məktəblərində "Narkomaniyaya "YOX" deyək" adlı silsilə tədbirlər keçirilmişdir. Tədbirlərdə Respublika Narkaloji Mərkəzinin məsul şəxsləri və rayon Polis İdarəsinin rəisi polkovnik Vaqif Müslümov iştirak edib.
Tədbirdə müasir dövrün ən mühüm problemlərindən biri olan narkomaniyadan bəşəriyyətin hələ də əziyyət çəkməsindən, millətin sağlam həyat tərzi üçün təhlükə törətməsindən danışılıb. Narkomaniyanın orqanizmi zəiflətdiyi, bədən üzvlərini tədricən sıradan çıxardığı söylənilib.
Tədbirin sonunda tütün məmulatlarından, alkoqollu içkilərdən azyaşlılar arasında istifadənin və yayılmasının qarşısının alınması məqsədilə respublikamızda hüquqi baza formalaşdırıldığından danışılıb və “Narkomaniyaya yox deyək!” adlı video-çarx nümayiş etdirilib.