Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədarXətai rayonunda tədbir keçirilib.

28 mart 2022 | 15:36

Martın 28-də Xətai rayonunda Gənc sahibkarların və startapçıların inkişafı, onların bilik və bacarıqlarının formalaşdırılması məqsədilə tədbirlərin görülməsi istiqamətində görüş keçirilib.

  Rayon İcra Hakimiyyətində təşkil olunan görüşdə çıxış edən RİHB-nın müavini Etibar Əhmədov ölkəmizdə KOB-ların fəaliyyətindən, iqtisadiyyatın inkişafındakı rolundan söz açıb və  onların dəstəklənməsi istiqamətində görülən tədbirlər barədə danışıb.  Qeyd olunub ki, sahibkarlarla  biznes mühitinin yaxşılaşdırılmasına dəstək istiqamətlərində həyata keçirilən layihələr əməkdaşlığın genişləndirilməsinə dəstək olacaq.

Sonra çıxış edən KOB-un nümayəndəsi güzəştli kredit mexanizmlərinin sahibkarlığın, xüsusilə də mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsində əhəmiyyətindən söz açıb. Birgə İnvest MMC, Startap şəhadətnaməsi və digər bu kimi mövzular  barədə də məlumat verib.

Keçidlər