Birinci Qarabağ Müharibəsi şəhidi Həmidov Fariz Fazil oğlunun şəhadətinin 30-cu ildönümü münasibətilə tədbir keçirildi.
Xətai rayonu, 116 saylı tam orta məktəbdə məktəbin məzunu, I Qarabağ Müharibəsi şəhidi Həmidov Fariz Fazil oğlunun şəhadətinin 30-cu ildönümü münasibətilə “Unutmadıq, unutdurmarıq” adlı tədbir keçirildi.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Anar Məmmədov, Yeni Azərbaycan Partiyasının Xətai Rayon Təşkilatının nümayəndəsi Ülvi Abbasov, "Zəfər TV"kanalının rəhbəri polkovnik Məhərrəm Əliyev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, Faiz Həmidovun komandiri Dağbəy Məhyəddinov və döyüş yoldaşları, şəhidin müəllimləri, şəhid anaları, qazilər, iştirak edirdilər. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Şəhidin döyüş yoldaşları, ona dərs deyən müəllimlər şəhidin qəhrəmanlığından söhbət açıb onunla bağlı xatirələrini bölüşüblər.
Daha sonra şagirdlərin təqdimatında vətənpərvərlik mövzusunda bədii hissə nümayiş olunub.
Şəhid ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.