Birinci Qarabağ Müharibəsi şəhidi Səmədov Şahin Məzahir oğlunun xatirəsi anılıb
Anım günü ilə əlaqədar Dədə Qorqud Şəhidliyində şəhidimizin məzarı ziyarət edilib. Tədbirdə rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Anar Məmmədov, ailə üzvləri və yaxınları iştirak ediblər. Şəhidinin ruhuna dualar oxunub, məzarı qarşısına, tər gül-çiçək dəstələri düzülüb.
Daha sonra xatirə lövhəsinin qarşısında və oxuduğu 64 saylı məktəbdə şəhidin anım tədbiri keçirilib. Mərasimdə çıxış edənlər şəhidin ailəsinə başsağlığı verərək belə vətənpərvər övlad böyütdükləri üçün onlara dərin minnətdarlıqlarını bildiriblər. Qeyd edildi ki, xalqımız,millətimiz, Vətənimiz uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaq.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə təşəkkür ediblər.
Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır, Allahdan rəhmət diləyirik!