Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Hüseynov Mübariz Sabəddin oğlu dəfn edilib

18 aprel 2025 | 14:38

18 aprel 2025-ci il tarixdə Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən olan Hüseynov Mübariz Sabəddin oğlu  Dədə Qorqud qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib.

Şəhidin vida mərasimində Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Mixail Zabelin, Pərvanə Vəliyeva, YAP Xətai rayon Təşkilatının sədri Ramil Mirzəyev rayon prokuroru Sərdar İmanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri rayon sakinləri iştirak ediblər.

Şəhidin nəşi izdihamla qarşılanıb, ruhuna dualar oxunub, məzarının üzərinə əklil qoyulub, gül dəstələri düzülüb. İtkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Dövlət Himnimizin sədaları altında torpağa tapşırılıb.

Tabuta bükülmüş Azərbaycanın üçrəngli Dövlət Bayrağı şəhidin yaxınlarına təqdim edilib.

Qeyd edək ki, 1970-ci il mayın 30-da Ermənistanın Loru nahiyəsinin Qızıl-Şəfəq kəndində dünyaya gələn Mübariz Hüseynov 1993-cü il oktyabrın 23-də Cəbrayıl şəhəri uğrunda gedən döyüşlər zamanı itkin düşmüşdü.

Keçidlər