Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Hüseynov Mübariz Sabəddin oğlunun 40 mərasimi münasibətilə məzarı ziyarət olunub
27 may 2025 | 11:13
27 may 2025-ci il tarixdə Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən olan Hüseynov Mübariz Sabəddin oğlunun 40 mərasimi münasibətilə Dədə Qorqud qəsəbəsində məzarı ziyarət olunub.
Mərasimində Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri rayon sakinləri iştirak ediblər.
Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə gül dəstələri düzülüb.
Qeyd edək ki, 1970-ci il mayın 30-da Ermənistanın Loru nahiyəsinin Qızıl-Şəfəq kəndində dünyaya gələn Mübariz Hüseynov 1993-cü il oktyabrın 23-də Cəbrayıl şəhəri uğrunda gedən döyüşlər zamanı itkin düşmüşdü.