Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Hüseynov Mübariz Sabəddin oğlunun dəfnindən 1 il ötür
18 aprel 2026 | 11:35
18 aprel 2026-cı il tarixdə Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Hüseynov Mübariz Sabəddin oğlunun dəfnindən 1 il ötür. Rayon İcra Hakimiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət ediblər.
Tədbirdə şəhidin ruhuna dualar oxunub, məzarı qarşısına tər gül-çiçək dəstələri düzülüb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ailələri adından dövlət başçımız İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır, Allahdan rəhmət diləyirik!






