Bu gün Vətən Müharibəsi şəhidi Musayev Sədi Süleyman oğlunun doğum günüdür.
Bu gün Vətən Müharibəsi şəhidi Musayev Sədi Süleyman oğlunun doğum günüdür.
Musayev Sədi Süleyman oğlu 1978-ci il aprelin 1-də Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub.
1985-1993-cü illərdə Qıvraq qəsəbəsində S. Əsədov adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. 1996-2000-ci illərdə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (BABKM) ali hərbi təhsil alıb.
Ailəli idi. 2 övladı yadigar qaldı.
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Sədi Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sədi Musayev sentyabrın 28-də Füzuli döyüşləri zamanı Yuxarı Əbdürrəhmanlı istiqamətində şəhid olub.
Sədi Musayev ölümündən sonra "Vətən uğrunda" medalı, "Azərbaycan Bayrağı" ordeni ,"Füzulinin azad olunmasına görə" , "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidimiz II Şəhidlər Xiyabanında dəfn olunub.
Doğum günündə II Fəxri Xiyabanda şəhidimizin məzarı ziyarət edilib. Tədbirdə rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Anar Məmmədov, şəhid general Polad Həşimovun anası Səmayə Həşimova, şəhidin döyüş yoldaşları, ailə üzvləri və yaxınları iştirak ediblər. Şəhidinin ruhuna dualar oxunub, məzarı qarşısına əklil, tər gül-çiçək dəstələri düzülüb.
Daha sonra Bakı Mühəndislik Universitetində şəhidin anım tədbiri keçirilib. Tədbirdə Millet vekili Ceyhun Memmedov, Xətai rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Anar Məmmədov, Bakı Mühendislik Univeristetinin rektoru Havar Memmedov, "Zefer" Şehid Ailelerine Destek İctimai birliyinin sedri Sevinc Orucova, Veten Müharibesi qehremanı Nizami Mövlanov, şəhidin döyüş yoldaşları,univeristetin müellim ve telebeleri iştirak ediblər.
Mərasimdə çıxış edənlər şəhid şəhid Sədi Musayevin ailəsinə başsağlığı verərək belə sözübütöv, igid, cəsur, vətənpərvər övlad böyütdükləri üçün onlara dərin minnətdarlıqlarını bildiriblər. Qeyd edildi ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun Vətən müharibəsində Böyük Zəfər qazanması ölkəmizin ərazi bütövlüyünü təmin etdi, xalqımızın milli qürurunu özünə qaytardı. Azərbaycanın həyatında yeni mərhələ açan bu möhtəşəm tarixi Qələbənin qazanılmasında Sədi Musayev kimi mərd, fədakar, qeyrətli oğullarımızın müstəsna xidmətləri var.Şəhidlik zirvəsinə yüksəlmiş belə oğullarımız əbədiyaşarlıq qazanıblar. Xalqımız,millətimiz, Vətənimiz uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaq.
Şəhidin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə ailələri adından dövlət başçımız İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edib.
Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır, Allahdan rəhmət diləyirik!