Şriftin ölçüsü :

Saytın rəngi :

ELAN

25 may 2023 | 15:46

27 may 2023-cü il saat 10:00-da Xətai Rayon İcra Hakimiyyətinin qarşısında “Heydər Əliyev ili”nə həsr olunmuş uşaq, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq və bədii zövqünün inkişaf etdirilməsinə xidmət məqsədi ilə keçirilən VI “Azərbaycanım” Respublika Uşaq rəsm festivalı açılacaq. 

Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilir.  

Müsabiqəyə şəhər və bölgələrdən  500-dən çox məktəb və ya yaradıcılıq müəssəsindən 2500-ə qədər uşaq, yeniyetmə və gənc 3000-dən çox əsər göndərmişlər və sərgilənmək üçün 800 əsər seçilmişdir və bu əsərlər növbəli olaraq Xətai Sənət Mərkəzinin sərgi zalında sərgilənmişdir.

Sərgilənən əsərlərin arasından seçilmiş hər yaş kateqoriyasından 10 uşaq olmaqla, ümumilikdə 30 uşaq festivala dəvət olunmuşdur.

Keçidlər