Ərazisi genişləndirilərək yenidən qurulan Heydər Əliyev parkı sakinlərin istifadəsinə verildi+VİDEO
Xətai rayonunda yerləşən Heydər Parkı yenidənqurma işlərindən sonra istifadəyə verilib.
https://www.youtube.com/watch?v=Uj6xaSD43zc
Xətai rayonu ərazisində Nəsrəddin Tusi, Neapol və Vunq-Tau küçələrinin əhatəsində yerləşən Heydər Parkı əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib. Parkda təmir işləri “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilati dəstəyi ilə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən aparılıb.Ərazisi genişləndirilərək 4 hektardan 14 hektara çatdırılmış parkda aparılan yenidənqurma işləri çərçivəsində 30 mindən çox ağac və gül kolları əkilmiş, 9 hektar əraziyə qazon örtüyü döşənmiş, 7 km piyada və 1,1 km velosiped zolağı salınmış, 380 işıq dirəyi, 150 oturacaq quraşdırılmış, məlumat lövhələri qoyulmuş, 2500 m2 sahədə avtodayanacaq yaradılmışdır. Ərazidə olan şəlalə və fəvvarə kompleksi təmir edilmişdir. Ziyarətçilər üçün piknik sahələrinin də mövcud olduğu parkda uşaqlar və böyüklər üçün 5 fərqli məkanda idman və əyləncə sahələri ayrılmış, lazımi avadanlıqlar quraşdırılmışdır. Parkda monitor yenisi ilə əvəz edilmiş, mədəni-kütləvi tədbirlərin təşkili üçün 918 yerlik amfiteatr qurulmuşdur.
Aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri sosial-ekoloji hədəflərin reallaşdırılmasına, paytaxt sakinlərinin və qonaqların asudə vaxtlarının səmərəli təşkilinə öz töhfəsini verəcək.