Erkən nikah və onun fəsadfları mövzusunda marifləndirmə tədbiri keçirilmişdir
18 may 2022-ci il tarixində Xətai rayon 86 nömrəli tam orta məktəbdə Xətai Rayon İcra Hakimiyyəti, Xətai Rayon Gənclər və İdman İdarəsi “Erkən nikah və onun fəsadları” mövzusunda marifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Xətai rayon Qeydiyyat Şöbəsinin rəisi Leyla Süleymanova, Xətai rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin psixoloqu Xanım Niftəliyeva məktəb kollektivi iştirak etmişlər.
Çıxış edənlər məktəblilərə öz tövsiyyələrini verdilər və bildirdilər ki, erkən yaşda yeniyetmə və gənclər ailə qurmağa fizioloji, psixoloji cəhətdən hazır olmurlar və bu cür erkən nikahlar sonradan onların həyatında bir sıra böyük fəsadlar yaradır. Bu fəsadlar məişət zorakılığından tutmuş, doğuş zamanı ana-uşaq ölümləri və fiziki-psixoloji çətinliklərlə kimi bir çox problemlərə yol açır.
Tədbirin sonunda mövzu ətrafında gənclər tərəfindən verilən suallar cavablandırıldı.