Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev adına Ali Hərbi Məktəbdə Vətən müharibəsi Qəhrəmanı şəhid Ceyhun Həsənovun ildönümünə həsr olunan tədbir keçirilib

31 oktyabr 2023 | 14:15

30.10.2023-cü il tarixdə Xətai rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə Vətən müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun şəhadətinin 3-cü ildönümünə həsr olunan tədbir keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin rəis müavini Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanov, Xalq Artisti, şəhid atası Əli Nur, hərbi-vətənpərvərlik mahnılarının sevilən ifaçısı Şəmistan Əlizamanlı, Müdafiə Nazirliyinin əməkdaşları, şəhid ataları, şəhidin ailə üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları və digər ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, savaşın başladığı ilk günlərdən Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsinin qələbə ilə başa çatacağına tam əmin idi. Bu əminlik 44 gün davam edən savaşda özünü tamamilə doğrultdu. Azərbaycanın igid əsgər və zabitləri döyüş meydanında düşmənə layiqincə cavab verərək, onları doğma torpaqlarımızdan qovdular. Qısa zaman kəsiyində - 44 gün ərzində Qələbəyə nail olmaq hərb tarixində bir yenilikdir. Bu Qələbənin qazanılmasında Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi əsas rol oynadı. Azərbaycanın “Dəmir yumruq” əməliyyatı dünyaya səs saldı. R.Quluyev qeyd edib ki, 27 sentyabr 2020-ci il tarixində Ermənistanın növbəti təxribatlarının qarşısını almaq üçün Ali Baş Komandan İlham Əliyevin hücum əmrini yüksək əhval-ruhiyyə ilə dəyərləndirən Vətən oğulları savaşın davam etdiyi 44 gündə tariximizin Zəfər səhifəsini yazdılar: “Vətənin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalan bütün qəhrəman oğul və qardaşlarımız daim Azərbaycan xalqının qəlbində yaşayacaq, onların göstərdikləri qəhrəmanlıq isə tarixdə əbədi qalacaq. Torpaqlarımızı Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənov kimi igid Vətən övladlarının qanları, canları bahasına azad etdik. Belə igid qəhrəman övlad böyütdüklərinə görə Ceyhunun valideynlərinə minnətdarlığımı bildirirəm, onların qarşısında baş əyirəm. Allah şəhidimizə rəhmət eləsin!

Digər çıxış edənlər bildiriblər ki, Ceyhun Həsənovun xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq, onun əməlləri, Vətənə, torpağa sevgisi daim var olacaq. Şəhidlik zirvəsinə ucalan, qanlı döyüşlərdə qazi olan insanlar, həmçinin digər savaş iştirakçıları  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycana Qələbə sevincini yaşadıblar. Şəhidlərimiz bizim tariximizdə çox möhtəşəm bir Zəfər tarixini bizim qəlbimizə əbədi olaraq həkk etdiriblər.

Şəhidin atası Aydın Həsənov çıxış edərək Azərbaycanın qazandığı möhtəşəm Zəfərdən, Ceyhunun həyat yolundan danışdılar, övladları ilə bağlı xatirələrini bölüşdülər. Valideynlər respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Ceyhun kimi qəhrəmanların həyat yolunun gənc nəslə örnək olduğunu vurğuladılar, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Tədbir çərçivəsində tanınmış incəsənət ustalarının ifasında vətənpərvərlik mövzusunda şeir və musiqilər səsləndirilib, şəhid Ceyhun Həsənova həsr olunmuş sənədli film nümayiş etdirilib. Həmçinin, yazışı-jurnalist Nurəddin Ədiloğlunun Şəhid Ceyhun Həsənova həsr etdiyi "21-ci əsrin Qəhrəmanı" kitabı ictimaiyyətə təqdim olunub.

Şəhidin atası Aydın Həsənov və şəhidin bacısı çıxış edərək Azərbaycanın qazandığı möhtəşəm Zəfərdən, Ceyhunun həyat yolundan danışdılar, onunla bağlı xatirələrini bölüşdülər. Valideynlər respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Ceyhun kimi qəhrəmanların həyat yolunun gənc nəslə örnək olduğunu vurğuladılar, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Keçidlər