Heydər Əliyev adına Hərbi İnstitutda “Zəfər Günü”nün dördüncü ildönümünə həsr olunmuş konfrans keçirilib.
06 noyabr 2024 | 18:23
Xətai rayonunda 06.11.2024-cü il tarixdə Heydər Əliyev adına Hərbi İnstitutda “Zəfər Günü”nün dördüncü ildönümünə həsr olunmuş “İkinci Qarabağ Müharibəsinin hərbi-siyasi dərsləri: əldə olunan uğurlar və qarşıda duran vəzifələr” mövzusunda III respublika elmi konfransı keçirilib.
Konfransda rayon İcra Hakimiyyətinin Başçısı Rafiq Quluyev, Milli Məclis sədrinin müavini Musa Qasımlı, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Elçin Mirzəbəyli, Milli Müdafiə Universiteti rektorunun elm üzrə müavini – Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru, general-mayor Arif Həsənov, Daxli İşlər Nazirliyinin Polis Akademiyasının rəisi general-mayor Canpolad Daanov, Daxili Qoşunların Hərbi İnstitutunun rektoru general-mayor Elçin Məmmədov, Gömrük Ximdəti Akademiyasının rəisi general-mayor Qulu Novruzov, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi, polkovnik Elşad Nəsirov, Milli Müdafiə Universiteti rektorunun müavini, texnika elmlər doktoru, professor Nurəttin Acır, Milli müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun rektoru, polkovnik Elnur Ələsgərli, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, hüquq elmlər doktoru, professor, Fövqəladə və Səlahiyyətli Səfir Namiq Əliyev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Mirzəyev və digər qonaqlar iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularımızın xatirəsinə salınmış abidə kompleksini ziyarət edərək əklillər qoyublar.
Konfrans Ulu Öndərin və Azərbaycan Respublikasının müstəqilliyi və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra Heydər Əliyev adına Hərbi İnstitutun rektoru polkovnik Ümüdvar Quliyev və Milli Məclis sədrinin müavini Musa Qasımlı açılış nitqi ilə çıxış edərək 2020-ci il sentyabr ayının 27-də başlanan, 44 gün davam edən və Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsindən danışaraq bildiriblər ki, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, xalqımızın birliyi, Müzəffər Ordumuzun gücü sayəsində, şəhidlərimizin qanı bahasına əldə olunmuş bu qələbə ilə dünya azərbaycanlılarının çoxillik həsrətinə son qoyulub.
Açılış nitqlərindən sonra İkinci Qarabağ müharibəsinə həsr edilmiş film nümayiş olunub.
Sonra Hərbi İnstitutun professoru Ramid Hüseynovun moderatorluğu ilə panel müzakirə başlayıb. İkinci Qarabağ müharibəsində qələbəni şərtləndirən səbəblərdən, döyüşlərin aparılmasında peşəkarlıq, müasir döyüş taktikalarından, müharibənin beynəlxalq münasibətlər və beynəlxalq hüquq baxımından dəyərləndirilməsindən, müharibə dövründə təhlükəsizliyin təmin olunmasında xüsusi xidmət orqanlarının fəaliyyətindən və digər mövzulardan məruzəçilərin çıxışları olub.