Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev adına liseydə “Heydər Əliyev ili” çərçivəsində "28 May- Müstəqillik Günü" münasibətilə tədbirlər keçirilib.

26 may 2023 | 10:57

26 may 2023-cü il tarixdə Heydər Əliyev adına liseydə “Heydər Əliyev ili” çərçivəsində "28 May- Müstəqillik Günü" münasibətilə tədbirlər keçirilib.

Tədbirlərdə Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Xətai Rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, liseyin kollektivi iştirak emişdir.

“Zəfər kuboku” adlı minifutbol turnirində 32 komanda iştirak edib. Yekun nəticələrinə görə Heydər Əliyev adına Liseyin komandası I yeri, 56 saylı tam orta məktəbin komandası II yeri, 48 saylı tam orta məktəbin komandası III yeri tutmuşdur. 

Daha sonra tədbir iştirakçıları məktəblilərin əl işlərindən hazırlanmış sərgiyə baxış keçiriblər. Sərgidə nümayiş olunan bir-birindən maraqlı rəsm əsərləri böyük maraqla izlənilib.

Çıxış edən rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov qeyd edib ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti yetişməkdə olan  gənc nəslin hərtərəfli inkişafı üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvərlik ruhunda formalaşdırır. Bu baxımdan 44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyinin, gücünün, əzminin təsdiqi oldu. Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bütün sahələrdə, o cümlədən gənclərimizin hərtərəfli inkişafında öz sözünü deyir. Gənclər gələcəyimizdir. Bu gələcəyi qorumaq, bütün potensial imkanlarını ortaya qoymaq üçün onlara dəstək olmalıyıq.

Tədbirin sonunda  qalib şagirdlərə  diplomlar təqdim olunub.

 

Keçidlər