Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev adına liseydə Ulu Öndərin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

06 may 2023 | 09:29
05.05.2023-cü ildə Xətai rayonu, Heydər Əliyev adına liseydə Ulu Öndərin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Ulu bir Sərkərdə, Ulu bir Öndər” adlı tədbir keçirilmişdir.
Tədbirdə lisey rəhbərliyi və qonaqlar Ulu Öndərin büstü və liseyin şəhid məzunu Cavid Manafovun xatirə guşəsinin önünə güllər qoymuş, sonra isə liseydə şagirdlərin əl işlərindən ibarət olan “Ulu Öndər 100” adlı sərgiyə baxmışlar.
Daha sonra Ulu Öndər başda olmaqla haqq savaşımız zamanı canlarını Vətən yolunda fəda edmiş bütün şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət himni ilə tədbir açıq elan olunmuşdur.
Tədbiri çıxış sözü ilə açan liseyin direktoru Sevinc xanım Orucova Ulu Öndər Heydər Əliyevin Azərbaycanın çiçəklənmə yollarına gəlib çıxmasında misilsiz rolundan, əvəzsiz xidmətlərindən söz açmış, ömür-gün yoldaşı, bu yaxınlarda 100 illiyini qeyd etdiyimiz Zərifə xanımla yaratdığı nümunəvi Azərbaycan ailəsi
tablosundan, ata nəsiyyətini layiqincə yerinə yetirən dəmir yumruq əzmli Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə qazandığımız qələbədən söz
açmışdır.
Xətai Rayon İcra Başçısının müavini Rafiq İsayev və Elm və Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması sektorunun müdiri Fuad Qarayev Ulu Öndərin əvəzsiz lider, dahi şəxsiyyət olmasından, onun qeyri-adi bilik və bacarığından, xalqımızın xilaskarı olmasından, 44 günlük haqq savaşımızdan və möhtəşəm qələbəmizdən söz açmışdılar.
Tədbirdə həmçinin Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının nümayəndəsi Ənvər Bayramov, Xətai Rayon icra Hakimiyyəti Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin təşkili şöbəsinin müdiri Anar Məmmədov və Xətai Rayon Gənclər İdman İdarəsinin aparıcı məsləhətçisi Mamed Rzayev də iştirak etmişlər.
Tədbir şagirdlərin ifasında rəqslər, müxtəlif ifalarla davam etmiş, “Odlu Qılınc” tamaşası ilə başa çatmışdır.
Fəxri qonaqlara şagirdlərin əl işlərindən ibarət Ulu Öndəri canlandıran hədiyyələr təqdim olunmuşdur.
Keçidlər