Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev parkında əməkdar artist Mətanət İsgəndərli ilə görüş təşkil olunub

24 iyul 2024 | 10:56

23.07.2024-cü il tarixində Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində Xətai rayon İcra Hakimiyyəti və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “Qonağımız var” layihəsi çərçivəsində əməkdar artist Mətanət İsgəndərli ilə görüş təşkil olunub.

Xətai rayonunda isti yay günlərində sakinlərin asudə vaxtını və istirahətini səmərəli təşkil etmək məqsədilə keçirilən bu qəbildən olan tədbirlər artıq ənənə halını alıb. Görüşdə şəhid ailələrinin üzvləri, rayon ağsaqqalları, Milli Müdafiə Universitetinin kursantları, ictimaiyət nümayəndələri, sakinlər iştirak ediblər. Tədbirdə sənətçinin bir-birindən maraqlı ifaları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

 

Keçidlər