Şriftin ölçüsü :

Saytın rəngi :

Humanitar fənlər təmayüllü məktəb-liseydə "İdman sağlam həyat tərzinin mühüm hissəsidir" adlı tədbir keçirilib

05 mart 2024 | 17:28

05.03.2024-cü il tarixində Xətai rayonu, Humanitar fənlər təmayüllü məktəb-liseydə"5 mart-Bədən Tərbiyəsi və İdman Günü" ilə əlaqədar “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı – OCEP-IV” 2021-2024-cü illər üçün nəzərdə tutulmuş layihə çərçivəsində "İdman sağlam həyat tərzinin mühüm hissəsidir" adlı tədbir keçirilib.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, Milli Olimpiya Komitəsinin nümayəndəsi Ruslan Məmmədov, Karate üzrə Dünya və Avropa çempionu Siyavuş Bayramov iştirak ediblər. Çıxış edənlər şagirdlərə idmanın insan sağlamlığı üçün faydalarından söhbət açıb, sağlam həyat tərzinin mühümlüyünü vurğulayıblar.

Tədbirdə Azərbaycan və Finlandiya Respublikasının milli bayramlarda  hazırladıqları şirniyyatlardan ibarət  sərgi və milli  geyimlər, şagirdlər tərəfindən müxtəlif idman hərəkətləri və rəqslər nümayiş etdirilib, mahnılar ifa edilib. Od çərşənbəsi ilə əlaqədar olaraq, Novruz personajları Kosa, Keçəl, Bahar qızının tədbirdə iştirakı şən bayram ab-havası yaradıb. Tədbir çərçivəsində şagirdlər arasında müxtəlif yarışlar keçirilib. Münsiflər heyəti komandaların oyunlarını qiymətləndirib. 

Sonda İdman həftəsi ərzində  “Ən sürətli şagird”, “Basketbol” “Qol güləşi” ,“Estafet” yarışı nominasiyası üzrə qalib olan şagirdlər və komandalar diplomlarla təltif olunublar. 

Keçidlər