İnvestorların problem və çətinliklərini həll etmək üçün mütəmadi dövlət‒biznes dialoqu çərçivəsinin qurulması
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında” 22.07.2022-ci il tarixli, 3378 nömrəli sərəncamının 1.1.6.2-ci bəndinin “İnvestorların problem və çətinliklərini həll etmək üçün mütəmadi dövlət‒biznes dialoqu çərçivəsinin qurulması” ilə bağlı Xətai Rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin məsul şəxsləri sahibkarlar və investorlar iştirak edirdilər.
Tədbirin əsas mövzusu rayon ərazisinə investorların cəlb olunması ilə bağlı, investorlarla və sahibkarlarla görüşlər keçirmək, onların problem və çətinliklərini öyrənmək, investisiya qoyulması vacib və prioritet olan sahələr barədə dialoq keçirmək idi.
Qeyd olundu ki, Xətai rayonu investisiya qoyuluşu üçün çox səmərəli ərazidə yerləşir, rayon ərazisində yerli və xarici şirkətlərə məxsus müxtəlif fəaliyyətm növü ilə məşğul olan müəssisələr yerləşir. Gələcəkdə də bu cür görüşlərin keçirilməsi, problem və çətinliklərini öyrənilməsi istiqamətində işlərin görülməsi nəzərədə tutulmuşdur.
Sonda Sahibkarlar dövlətin sahibkarlığın inkişafında göstərdiyi diqqət və qayğısına görə ölkə rəhbərliyinə minnətdarlıq bildirmişlər.