“Konstitusiya və Suverenlik ili” çərçivəsində ümumrayon iməcliyi və ağacəkmə aksiyası təşkil olundu
26 aprel 2025 | 10:28
26.04.2025-ci il tarixində Xətai rayonunda “Konstitusiya və Suverenlik ili” çərçivəsində ümumrayon iməcliyi və ağacəkmə aksiyası təşkil olunub.
Ümumrayon iməcliyində rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin, rayon üzrə xidmət göstərən idarə-müəssisə və təşkilatların, təhsil, səhiyyə müəssisələrinin əməkdaşları iştirak ediblər.
Rayonun G.Şıxlinski küçəsində və 8 Noyabr prospektində təşkil olunan aksiyada əraziyə ağaclar əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib. Ağacəkmə aksiyalarının keçirilməsində məqsəd yaşıllıq zolaqlarını genişləndirmək, ekoloji sabitliyin qorunması, şəhərin ekoloji tarazlığını bərpa etmək və insanlar arasında təbiətə qayğı hissini təbliğ etməkdir. Görülən işlər çərçivəsində ərazidə olan qurumuş və təhlükə yaradan ağaclar götürülüb, otlar biçilib, quru otlar daşınıb və yaşıllıq ərazilərə yeni gül-çiçəklər əkilib, təmizlik və abadlıq işləri də aparılıb.
Mövsüm ərzində Xətai rayonunda ərazinin yaşıllaşdırılması, yeni ağacların əkilməsi, yaşıllıqlara qulluq və abadlıqla bağlı iməcliklər davam etdiriləcəkdir.