Şriftin ölçüsü :

Saytın rəngi :

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 6.2-ci bəndinin icrasının təmin olunması məqsədilə maarifləndirmə tədbiri keçirilmişdir

09 yanvar 2026 | 13:32

Xətai rayonu tibb müəssisələrində Azərbaycan Respublikası Prezidentinin 04 aprel 2022-ci il tarixli, 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 6.2-ci bəndinin icrasının təmin olunması məqsədilə “Dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının işçilərində, o cümlədən tibb və təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə, tədris və digər tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə tədbirlər görülməsi” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Pənah İmanov, Hüquq şöbəsinin məsləhətçisi Əli Nəbizadə, rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Mürvət Əsgərov və tibb işçiləri iştirak etmişdir.

Çıxış edənlər qeyd etmişlər ki, antikorrupsiya davranış modelinin təhsil müəssisələrində təşviqi yalnız qanunvericiliyin tələblərinə əməl edilməsini təmin etmir, həm də məktəblərdə şəffaf idarəçilik və hesabatlılıq prinsiplərinin tətbiqinə şərait yaradır. Bildirilmişdir ki, müəllim heyətinin məlumatlılığının artırılması, etik standartlara əməl etməsi və məsuliyyətli davranışı şagirdlər üçün nümunə təşkil edir.

Eyni zamanda vurğulanmışdır ki, tibb müəssisələrində şəffaf idarəçilik və hesabatlılıq prinsiplərinin təşviqi vətəndaşların etimadını artırır. Qeyd olunmuşdur ki, dövlət orqanları və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq tibb sahəsində antikorrupsiya davranış modelinin formalaşmasına və maarifləndirmə tədbirlərinin səmərəliliyinin yüksəldilməsinə xidmət edir.

Tədbirin sonunda iştirakçılar mövzu ətrafında geniş müzakirələr aparmış, təklif və təşəbbüslər səsləndirmişlər. Həmçinin gələcəkdə antikorrupsiya davranış modelinin təşviqi, tibb müəssisələrində davamlı tətbiqi, tibb əməkdaşlarının və vətəndaşların məlumatlılığının artırılması ilə bağlı fikir mübadiləsi aparılmışdır. Sonda iştirakçılar tədbirin cəmiyyətdə şəffaflığın və hesabatlılığın möhkəmləndirilməsinə mühüm töhfə verdiyini vurğulamışlar.

 
Keçidlər