Şriftin ölçüsü :

Saytın rəngi :

Müqəddəs Ramazan ayı münasibətilə Əhmədli məscidində növbəti iftar süfrəsi açılmışdır

16 mart 2025 | 22:38

16 mart 2025-ci il tarixdə Xətai rayon İcra hakimiyyəti tərəfindən Konstitusiya və Suverenlik ili" çərçivəsində Əhmədli məscidində növbəti iftar süfrəsi açılmışdır. Mərasimdə  rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, rayon sakinləri  iştirak etmişlər. Mərasimdə Qurani-Kərimdən surələr oxunmuş, dualar edilmişdir.

Çıxış edənlər ölkəmizin firavanlığı üçün çalışmış Ulu Öndər Heydər Əliyevin,  torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən övladlarının ruhuna dualar etmişlər. Mərasimdə qeyd olunub ki, Heydər Əliyevin  siyasi kursunun layiqli davamçısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, birinci xanım, Heydər Əliyev Fondunun Prezidenti  Mehriban Əliyevanın  fəaliyyətləri nəticəsində Azərbaycanda bu gün birlik və sabitlik hökm sürür. Ölkə ərazisində olan dini məbədlərin təmir və bərpası, islami və milli-mənəvi dəyərlərin qorunması Azərbaycanın dünya ölkələri üçün tolerantlıq nümunəsi olduğunu vurğulayır.

İftar süfrəsi ətrafında on bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışılıb, bu ayda görülməsi vacib sayılan xeyirxah əməllərdən, savab işlərdən söz açılıb. Ölkəmizə əmin-amanlıq və sülh arzulanıb, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxunub.

Keçidlər