Şriftin ölçüsü :

Saytın rəngi :

Oktyabr ayında Xətai rayon məktəblərində narkomaniya ilə mübarizəyə həsr olunmuş silsilə tədbirlər davam etdirilib

30 oktyabr 2025 | 17:36

Oktyabr ayı ərzində Xətai rayonunun ümumtəhsil məktəblərində “Narkomaniyaya ‘YOX’ deyək” adlı silsilə tədbirlər keçirilib.

Tədbirlərdə Respublika Narkoloji Mərkəzinin məsul əməkdaşları, Xətai Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vaqif Müslümov, məktəb rəhbərləri və şagirdlər iştirak ediblər.

Çıxış edən natiqlər narkomaniyanın müasir dövrün ən ciddi sosial problemlərindən biri olduğunu, onun insan sağlamlığına, ailələrə və cəmiyyətə vurduğu zərbələrdən danışıblar. Qeyd olunub ki, narkomaniya bədən və zehni sağlamlığı məhv edən, gənclərin gələcəyinə təhlükə yaradan bəladır.

Tədbirlərdə həmçinin tütün məmulatları və alkoqollu içkilərin azyaşlılar arasında istifadəsinin qarşısının alınması istiqamətində ölkəmizdə görülən hüquqi və maarifləndirici tədbirlərdən bəhs olunub.

Sonda iştirakçılara “Narkomaniyaya yox deyək!” adlı maarifləndirici videoçarx nümayiş etdirilib.

Keçidlər