PEŞƏ VƏ SAHƏ ASSOSİASİYALARININ YARADILMASININ DƏSTƏKLƏNMƏSİ İLƏ BAĞLI İCLAS KEÇİRİLİB
Aprelin 15 – də Xətai Rayon İcra Hakimiyyətində iclas keçirilib. Gündəlikdə duran məsələ Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2020-ci il tarixli, 1816 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın 4.5-ci bəndinin (Peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsi) icrasının təmin edilməsi olub.
İclasda Xətai Rayon İcra hakimiyyətinin, Dövlət Məşğulluq Agentliyinin, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin, dövlət idarələri və ictimai xidmət təşkilatlarının , şəhər bələdiyyəsinin, icra hakimiyyəti yanında İctimai Şuranın nümayəndələri iştirak edib.
RİH başçısının müavini Etibar Əhmədov çıxış edərək sahibkarların maraqlarının müdafiəsindən söz açıb, məşğulluğun artırılması, qeyri-formal əmək münasibətlərinin qarşısının alınması, məlumatlılıq səviyyəsinin yüksəldilməsi və digər bu kimi işlərin həyata keçirilməsi baxımından peşə və sahə assosiasiyaların yaradılmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, maarifləndirmə işlərində ictimai şuranın, medianın da rolundan danışıb, birgə fəaliyyət göstərməyin vacibliyini qeyd edib.
Daha sonra tədbir iştirakçılarının fikirləri öyrənilib. Çıxış edənlər rayonda peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsinin vacibliyini qeyd edib, bununla bağlı müəyyən təkliflərini də