Plastik və polietilen qablaşdırmaların istifadəsinin sağlamlıq və ekoloji fəsadları” adlı maarifləndirici tədbir keçirildi
Xətai rayonunda Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyi tərəfindən “Plastik və polietilen qablaşdırmaların istifadəsinin sağlamlıq və ekoloji fəsadları” adlı maarifləndirici tədbir keçirib.
Layihənin rəhbəri İB-in sədri Eyyub Kərimli layihə haqqında geniş məlumat təqdim etdi. Layihənin aktuallığı, məqsədləri və vəzifələri iştirakşıların diqqətinə çatdırıldı. Dövlətimizin bu məsələdə həyata keçirdiyi siyasət, insanların sağlamlığı və ətraf mühitin mühafizəsi istiqamətində görülən tədbirlər haqqında müfəssəl məlumatlar iştirakçıların diqqətinə çatdırıldlı.
Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, YAP Xətai rayon təşkilatınn sədri Vüqar Rəhimzadə layihə haqqında öz fikirlərini bölüşərək maraqlı təkliflərlə çıxış etdilər. Bu sahədə rayonda görülən işlər haqqında ətraflı məlumat verdilər.
Sonda layihə çərçivəsində hazırlanan “Plastik və polietilen qablaşdırmalara yox deyək” adlı sosial çarx nümayiş etdirildi.