Şriftin ölçüsü :

Saytın rəngi :

Polkovnik Nəzirov Emil Nəzir oğlu və mayor Əhmədov Elbrus Səmrəddin oğlunun anım günü qeyd edilib

30 noyabr 2022 | 12:02
30 noyabr 2022-ci ildə Qaraheybət aviasiya poliqonunda helikopter qəzası zamanı həlak olan polkovnik Nəzirov Emil Nəzir oğlu və mayor Əhmədov Elbrus Səmrəddin oğlunun anım günü qeyd edilib.
Tədbirdə Xətai rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, Hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhidlərin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.  Şəhidlərimizin ruhuna dualar oxunub, məzarları üzərinə əklil və tər güllər düzülüb.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Allah şəhidlərimizə rəhmət eləsin!
Keçidlər