Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı 194 saylı tam orta məktəbdə vətəndaşlarla görüşdü

22 oktyabr 2025 | 18:33

22 oktyabr 2025-ci il tarixində 194 saylı tam orta məktəbdə keçirilən görüşdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, rayon prokuroru Sərdar İmanov, eləcə də hüquq-mühafizə orqanlarının və xidmət idarələrinin rəhbər şəxsləri iştirak ediblər.

Tədbirdə çıxış edən icra başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlər barədə iştirakçılara ətraflı məlumat verib.

Rafiq Quluyev qeyd edib ki, Azərbaycan hazırda inkişafının ən parlaq dövrünü yaşayır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz qazandığı Qarabağ Zəfəri sayəsində öz gücünü və qüdrətini bütün dünyaya nümayiş etdirdi. Müharibədən sonra işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri qarşıda duran əsas vəzifələrdən biridir. Bu istiqamətdə məqsədyönlü tədbirlər davam etdirilir və bölgənin dirçəldilməsi həm ölkəmizin ümumi inkişafına, həm də vətəndaşların sosial rifahının yüksəlməsinə mühüm töhfə verir.

İcra başçısı vurğulayıb ki, Böyük Qayıdış Proqramının tam icrası və ordumuzun daha da gücləndirilməsi qarşıdakı dövrün prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə ardıcıl və uğurlu siyasət həyata keçirilir. “Bizim borcumuz görülən işlərə dəstək göstərmək və inkişaf siyasətinə töhfə verməkdir”, – deyə icra başçısı bildirib.

Görüş zamanı sakinlərin müraciət, arzu və təklifləri dinlənilib. Qaldırılan məsələlər məsul şəxslərin iştirakı ilə yerində araşdırılaraq həlli üçün zəruri tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən problemlər nəzarətə götürülüb, aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Səyyar qəbul sakinlər tərəfindən razılıqla qarşılanıb. Onlar əvvəlki görüşlərdə səsləndirdikləri məsələlərin həlli istiqamətində görülən işləri yüksək qiymətləndirib, ölkə Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq sözlərini bildiriblər.

Keçidlər