Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq göstərdiyi xidmətlərlə bağlı məlumatlar Elektron Reyestr informasiya sisteminə daxil edilmişdir

18 oktyabr 2024 | 10:14
Rayon İcra Hakimiyyətinin fəaliyyət istiqamətlərinə və səlahiyyətlərinə uyğun olaraq göstərdiyi xidmətlərlə bağlı məlumatlar, o cümlədən xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdim edilmə forması Elektron Reyestr informasiya sisteminə (dxr.az) daxil edilmişdir.
Həmin xidmətlər Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində (khatai-ih.gov.az - dövlət xidmətləri bölməsi) və məlumat lövhəsində yerləşdirilmiş, rəsmi internet səhifəsində xidmət ilə bağlı məlumatın Dövlət Xidmətlərinin Elektron Reyestrindən keçid vasitəsilə verilməsi (http://khatai-ih.gov.az/az/dovlet-xidmetleri.html) təmin edilmişdir.
Həmin xidmətlərə daxildir:
1 - Uşağın adının və soyadının dəyişdirilməsi
2 - Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi
3 - On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilməsi
4 - Fiziki şəxsin üzərində patronaj təyin edilməsi
5 - On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilməsi
6 - Nikah yaşının azaldılması
7 - Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması
8 - Azyaşlının mülkiyyətində olan daşınar və daşınmaz əmlakın üzərində notariat hərəkətlərin aparılmasına dair razılığın verilməsi
9 - Tikintisi başa çatmış məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektləri barədə Tikintilərin Dövlət reyestrinə məlumatın təqdim edilməsi
10 - Mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı
11 - Vətəndaşlara ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışların verilməsi
12 - Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması
13 - Baba, nənə, qardaş, bacı və digər qohumların uşaqla ünsiyyət hüququnun yaradılması
14 - Qəyyumluqda və himayədə olanların əmlakı barədə rəy (icazə) verilməsi
15 - Yaşıllıqların götürülməsi haqqında qərarın verilməsi
16 - Valideyn himayəsindən məhrum olan uşaqların hüquq və mənafelərinin müdafiəsi (Valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsinin təmin edilməsi)
17 - Uşağın mənşəyinin müəyyən edilməsi
18 - Yaşayış sahələrinin sosial kirayə müqaviləsi əsasında vətəndaşlara verilməsi
Xidmətlərlə bağlı məlumatlar, o cümlədən xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər barədə məlumatlar rayon İcra Hakimiyyətinin (012) 490-08-08 telefon nömrəsi vasitəsi ilə də əldə edilə bilər.
Həmçinin həmin xidmətlərdən elektronlaşdırılmış xidmətlər “Rəqəmsal İcra Hakimiyyəti” portalına (https://rih.gov.az/services) yerləşdirilmişdir. Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində elektronlaşdırılmış xidmətlər ilə bağlı məlumatın “Rəqəmsal İcra Hakimiyyəti” portalına keçid vasitəsilə verilməsi (http://khatai-ih.gov.az/az/elektron-xidmetler.html) təmin edilmişdir.
Keçidlər