Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin nümayəndələri 3 saylı uşaq evinin sakinləri ilə görüşüb.

17 mart 2023 | 14:43

Novruz bayramı münasibətilə Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri 17.03.2022-ci il tarixdə rayondakı 3 saylı uşaq evinin  sakinləri ilə görüşüb.
İnternat evinin sakinlərini bayram münasibətilə təbrik edən rayon İcra Hakimiyyəti aparatının İctimai siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mehriban İsrafilova, Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Sənan Şirinov, YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, Xətai Bələdiyyəsinin sədr müavini Nərminə Hacıyeva, Xətai rayon Həmkarlar Təşkilatının sədri Əbülfət Piriyev ölkəmizdə uşaqlara gostərilən dövlət qayğısı, torpaq, Vətən sevgisi,  tarixi Zəfərimiz haqda danışıblar. Qeyd olunub ki, Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə respublika rəhbərliyinə qayıdışından sonra Azərbaycanın üzləşdiyi bir sıra musibətlər, faciələr aradan qaldırılmış, vətəndaş qarşıdurmasının qarşısı alınmış, ictimai-siyasi sabitlik təmin olunmuş, maddi rifah halı ildən-ilə yaxşılaşan xalqımız Novruz bayramını yüksək əhval-ruhiyyədə qeyd etməyə başlamışdır. Novruz dövlət səviyyəsində yüksək səviyyədə qeyd edilməklə yanaşı, dünya azərbaycanlılarının milli bayramına çevrilmişdir. Ulu öndər 1994-cü ilin yazından başlayaraq hər il Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etmiş, ümumxalq şənliklərinə qatılaraq xalqımıza ikiqat sevinc yaşatmışdır.
Sonra internat evinin sakinlərinin ifasında bir-birindən gözəl rəqs nümunələri, şerlər, musiqilər, novruz  adət- ənənələrindən bəhs edən səhnəciklər nümayiş olunub.
Görüşün sonunda internat evinin sakinlərinə hədiyyələr paylanılıb.

 

Keçidlər