Şriftin ölçüsü :

Saytın rəngi :

“Şahin” hərbi-idman oyunun Xətai rayon mərhələsi keçirilib

02 aprel 2024 | 10:34
Martın 30-da Cəmşid Naxçıvanski adına hərbi liseydə gənclərin vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb edən “Şahin” hərbi-idman oyunun Xətai rayon mərhələsi keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra açıq elan edən tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədov, BŞGİİ-nin Xətai rayonu üzrə gənclər və idman sektorunun müdiri Tural Əhmədov, Cəmşid Naxçıvanski adına hərbi liseyin rəis müavini polkovnik - leytenant Vüsal Sevxanov, Vətən müharibəsi şəhidi Əkbər Pənahovun atası Yolçu Pənahov çıxış ediblər. Yarışda birinci yeri Humanitar Fənlər Təmayüllü məktəb - lisey, ikinci yeri 86 saylı tam orta məktəb, üçüncü yeri 263 saylı tam orta məktəbin komandaları tutub.
Qalib gələn komanda Bakı şəhəri üzrə keçiriləcək final mərhələsində rayonu təmsil etmək hüququ qazanıb.
Keçidlər