“Şahinlər” hərbi idman və turizm oyunlarının rayon birinciliyi keçirilib
12 aprel 2025-ci il tarixində Xətai rayonunda yerləşən C. Naxçıvanski adına hərbi liseydə Xətai rayon İcra Hakimiyyəti və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xətai rayon sektorunun birgə təşkilatçılığı ilə “Şahin” hərbi-idman oyununun Xətai rayon birinciliyi keçirilmişdir.
Tədbirdə C. Naxçıvanski adına hərbi liseyin direktoru Vətən Müharibəsi Qəhramanı polkovnik Anar Mirzəyev, Xətai rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, Xətai rayonu üzrə gənclər və idman sektorunun müdiri Tural Əhmədli, İcra hakimiyyəti aparatının Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin böyük məsləhətçisi Bəkir Əsgərzadə iştirak etmişdir.
Yarışda 19 komanda olmaqla, 266 nəfər şagird iştirak etmiş, 64 nömrəli tam orta məktəbin komandası Xətai rayonunu Bakı şəhər zona mərhələsində təmsil etmək hüququ qazanmışdır.