Şriftin ölçüsü :

Saytın rəngi :

“Şanlı bayrağım” mövzusunda keçirilən bədii qiraət müsabiqəsi qalibləri müəyyənləşdi

27 oktyabr 2023 | 15:34

26.10.2023-cü il tarixdə rayon İcra Hakimiyyəti və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xətai rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən "9 noyabr-Dövlət Bayrağı Günü"nə həsr olunmuş “Şanlı bayrağım” adlı bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Müsabiqənin nəticələrinə görə 11-14 yaş qrupu üzrə 204 saylı tam orta məktəbin şagirdi Baxşəliyev Röyal I yerə, 116 saylı tam orta məktəbin şagirdi Mamayeva Əsra II yerə, 171 saylı tam orta məktəbin şagirdi Sultan Zərif III yerə, 15-17 yaş qrupu üzrə 29 saylı tam orta məktəbin şagirdi Mehtiyeva Sara I yerə, 116 saylı tam orta məktəbin şagirdi Babaxanova Fidan II yerə, 269 saylı tam orta məktəbin şagirdi İbtahimzadə Aydan III yerə layiq görülmüşlər.

Qalib şagirdlər Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olunmuşlar.

Keçidlər