Şəhid Əhmədov Səbuhi Fuad oğlunun məzarını ziyarət olunub
21 dekabr 2025 | 15:05
21 dekabr 2025-ci ildə rayon İcra Hakimiyyətinin nümayəndələri Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olmuş hərbiçimiz Əhmədov Səbuhi Fuad oğlunun məzarını ziyarət ediblər.
Tədbir iştirakçıları şəhidin məzarı önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər. Şəhidin ruhuna dualar oxunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları qarşısında baş əyirik!






