Şəhid Musayev Sədi Süleyman oğlunun xatirəsi ehtiramla yad edilib
01 aprel 2026 | 15:26
01 aprel 2026-cı il tarixində rayon İcra Hakimiyyətinin nümayəndələri Vətən Müharibəsi şəhidi Musayev Sədi Süleyman oğlunun məzarını ziyarət edərək onun əziz xatirəsini ehtiramla yad ediblər.
Ziyarət zamanı şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub və göstərdiyi qəhrəmanlıq bir daha minnətdarlıqla anılıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!






