Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid pilotlar  Murad Məmmədov, Emil Nəzirov və Elbrus Əhmədovun məzarları ziyarət olunub.

30 noyabr 2023 | 13:07

30 noyabr 2023-cü ildə II Fəxri Xiyabanda şəhid pilotlar  Murad Məmmədov, Emil Nəzirov və Elbrus Əhmədovun məzarları ziyarət olunub.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, RİH aparatının kollektivi, bələdiyyə sədrləri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları şəhidlərin ruhuna dualar edib, ehtiramlarını bildiriblər.

Daha sonra İcra başçısı şəhidlərin ailə üzvləri ilə söhbət edib, onların qayğıları ilə maraqlanıb. Şəhidlərin ailə üzvləri şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Canı bahasına şanlı tariximizi yazan şəhidlərimizlə fəxr edirik, onların əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq!

Keçidlər