Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Qərib Baxşəliyevin doğum günündə xatirəsi anılıb

22 may 2023 | 13:00

22.05.2023-cü ildə Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Qərib Baxşəliyevin doğum günü münasibətilə məzarını ziyarət edərək xatirəsi ehtiramla anmış, məzarı üzərinə əklil və gül dəstələri düzmüş, ruhuna dualar oxumuşlar.

Tədbirdə çıxış edən edənlər şəhidin ailə üzvlərinə başsağlığı verərək, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandığını, ədalətin bərqərar olduğunu bildiriblər. Həmçinin vurğulanıb ki,  şəhid ailələrinə və qazilərə diqqət və qayğı birbaşa dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.

Şəhid polkovnik-leytenant Qərib Baxşəliyevin ailə üzvləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər