Şəhid Rəhimli Kamil Vəli oğlunun doğum günündə məzarı ziyarət olunub
19 aprel 2025 | 07:18
19.04.2025-ci il tarixdə Vətən Müharibəsi şəhidi Rəhimli Kamil Vəli oğlunun doğum günündə məzarı ziyarət olunub.
Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər. Şəhidinin ruhuna dualar oxunub, məzarı qarşısına əklil, tər gül-çiçək dəstələri düzülüb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ailələri adından dövlət başçımız İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edib.
Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır, Allahdan rəhmət diləyirik!