Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidimiz Səbuhi Əhmədov II Fəxri Xiyabanda dəfn olunur

14 sentyabr 2022 | 09:27

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən Xətai rayonundan Şəhid olmuş hərbiçimiz Səbuhi Əhmədov dəfn olunur.

Şəhidimizin nəşi torpağa tapşırılmaq üçün II Fəxri xiyabana gətirilib.  

Qeyd edək ki,valideyn himayəsindən məhrum olmuş şəhidimiz SOS uşaq evinin yetirməsi və 269 saylı məktəbin məzunudur.

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla Şəhidlik zirvəsinə ucalmış bütün hərbi qulluqçularımıza Allahdan rəhmət diləyir, onların ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk!

Allah şəhidlərimizə rəhmət eləsin!

Keçidlər