Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində "Açıq qapı" tədbiri keçirilmişdir
Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Peşə təhsili üzrə Dövlət Agentliyinin İşəgötürənlərlə iş və innovativ layihələr şöbəsinin müdiri Ceyran Məmmədli, Gələcək üçün peşə təhsili və təlimi layihəsinin meneceri Eltəkin Ömərov, Karyeraya dəstək mütəxəssisi Güllü Baharlı, Xətai rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Mamed Rzayev, Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktorunun müavini- Ceyran Əsgərova, SMART Hotel Management and Conculting” şirkətinin direktoru- Ceyhun Aşurov, Fairmont Baku Hotel” Heyət idarə edilməsi üzrə nəzarətçi- Şəbnəm Nəbizadə, Bakı Turizm Ekskursiya” MMC- direktoru Əlixan Mürvətov, Divan Express Baku Hotel və Opera otelin direktoru Murad Yıldızsafer, Baku Travel MMC-nin direktoru Əziz Şiriyev, Azərbaycan Aşpazlar Gildiyasının sədri – İlkin Əkbərzadə, İbis Baku Sity Hotel- HR Asistant Nəzrin Şahmalıyeva, Lunchef Catering MMC-nin rəhbəri Nilufər Qarayeva, Healthy Food Catering MMC-nin rəhbəri Elnur Həsənov, Holidays Tour Turizm şirkətinin rəhbəri Kifayət Hüseynova, Təhsil İnstitutunun əməkdaşı Mehriban Eyvazova, Xəyalə Səttarova, şəhid ailəsinin üzvləri, ictimaiyyət nümayəndələri, məktəb direktorları, ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri iştirak etmişdir.
Mərkəzidə keçirilən “Açıq qapı” günündə qonaqlar açıq havada tələbələrin əl işlərindən ibarət təşkil olunmuş sərgilərlə tanış olmuş, müxtəlif ixtisaslar üzrə master klaslar nümayiş olunmuş, mərkəzin tədris emalatxanalarında tədris prosesi izlənilmiş və mövcud avadanlıq və xidmətlərə baxış olmuş və yenicə istifadəyə verilmiş karyera mərkəzi ilə yerindəcə tanış olmuşlar. Həmçinin mərkəzin karyera məsləhətçiləri tərəfindən şagirdlərə mövcud ixtisaslar haqqında karyera məsləhətləri verilmiş, qəbul qaydaları barədə məlumatlandırılmışlar. Bununla yanaşı iştirakçılar, mərkəzimizin uğurlu məzunları ilə tanış olmuş , onların uğur hekayələrini dinləmişlər. Sonda orta ümumtəhsil məktəblərinin rəhbərlərinə mərkəz tərəfindən xatirə hədiyyələri təqdim olunmuşdur.