Şriftin ölçüsü :

Saytın rəngi :

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində "İnsan Hüquqları Günü"nə həsr olunmuş tədbir keçirilib

13 iyun 2024 | 13:28

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkədə "İnsan Hüquqları günü" kimi qeyd olunur. Hər il olduğu kimi, bu il də mayın 18-dən iyunun 18-dək respublikamızda "İnsan Hüquqları Aylığı" elan edilib. Bu aylıq çərçıvəsində rayon ərazisindəki Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində  "İnsan Hüquqları Günü"nə həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin oxunması ilə başlayıb. Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin şöbə müdirləri Pənah İmanov, Anar Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinin rəisi polkovnik Yalçın Sadıqlı, YAP xətai rayon təşkilatının sədr müavini Vüqar Hüseynov, Xətai rayon Qeydiyyat Şöbəsinin rəisi Leyla Süleymanova, Xətai rayon Prokurorunun köməkçisi-Suad Qəhrəmanova, Dini qurumlarla iş üzrə dövlət komitəsinin nümayəndəsi Nuru İmanov, Xətai rayon Polis İdarəsinin müavini  İdris Məhərrəmov, Xətai rayon bələdiyyəsinin sədr müavini Nərminə Hacıyeva, Əhmədli bələdiyyəsinin sədri Allahverdi Həsənli və mərkəzin  kollektivi iştirak edib.

Tədbirin məqsədi insan hüquqlarının mahiyyətinin və məzmununun açıqlanmasına, bu hüquqların müasir dövrdə əhəmiyyəti və tətbiqi barədə nəticələr çıxarmağa yönəlmək, cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının zəruriliyini sübut etməklə gənclərdə humanizm keyfiyyətlərini formalaşdırmaqdır.

Tədbirdə insan hüquqları, hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini təbliğ edən mövzularda çıxışlar edilib.

Keçidlər