Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində növbəti maarifləndirici tədbir keçirilib
18 fevral 2023 | 07:34
Xətai rayonunda Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 17 fevral 2023-cü il tarixində "Gender bərabərliyi ", "Erkən nikaha daxil olmağa tələsmə", "Uşaq hüquqları "mövzularında tədbir təşkil olunmuşdur.
Tədbirdə ekspert qismində Xətai rayon İcra hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Xətai rayon Qeydiyyat Şöbəsinin rəisi Leyla Süleymanova, Xətai rayon Gənclər və İdman İdarəsinin, Xətai rayon Polis İdarəsinin yeniyetmələrlə iş şöbəsinin əməkdaşları iştirak etmişlər.
Ekspertlər gender probleminin həlli , gender bərabərliyinin təmin olunması istiqamətində dövlət və hökumətimiz tərəfindən həyata keçirilən tədbirlər, o cümlədən erkən nikahın fəsadları, cəmiyyət həyatına mənfi təsirləri haqqında iştirakçılara ətraflı məlumat verdilər.
Gənclərə sağlam həyat tərzi keçirmək, təhsil almaq, cəmiyyətə faydalı vətəndaş kimi formalaşmaq istiqamətində məsləhət və tövsiyələr olundu.