Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin 102 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

01 may 2025 | 17:48

Heydər Əliyev adına Hərbi İnstitutda 01-02 may 2025-ci il tarixlərində Ulu Öndər Heydər Əliyevin 102 illiyinə həsr olunmuş Azərbaycan Respublikasinin inkişaf strategiyasipotensial imkanlar və yeni çağırışlar” respublika elmi-praktik konfransı keçirilmişdir. Konfransın əsas məqsədi Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycan Respublikasının inkişaf strategiyasının müxtəlif istiqamətlərinin, inkişaf dinamikasının, o cümlədən, ölkə başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, cənab İlham Əliyevin ordununun qarşısında qoyduğu tələblərə müvafiq olaraq ordu quruculuğunda yeni yanaşmaların və perspektivlərin elmi-nəzəri əsaslarının öyrənilməsindən ibarət idi.  

Konfransda Heydər Əliyev adına Hərbi İnstitutun professor-müəllim ilə bərabər Azərbaycan Respublikasının Milli Məclisinin, Heydər Əliyev Mərkəzinin, Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunun və Hərbi İdarəetmə İnstitutunun, Azərbaycan Ordusunun Təlim-Tədris Mərkəzinin, Elm və Təhsil Nazirliyinin tabeliyində akademik  Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun, Elm və Təhsil Nazirliyinin tabeliyində İdarəetmə Sistemləri İnstitutunun, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasınin, Dövlət Sərhəd Xidmətinin Akademiyasının, DİN-nin Daxili Qoşunlarının Hərbi İnstitutu, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Bakı Dövlət Universitetinin, Bakı Mühəndislik Universitetinin, Azərbaycan Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dillər Universitetinin, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət Dəniz Akademiyasının,       Bakı Ali Neft Məktəbinin, Sumqayıt Dövlət Universitetinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Bakı Qızlar Universitetinin, Naxçıvan Dövlət Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun professor-müəllim heyəti məruzələrlə çıxış etmişlər.    

Konfransa 35 təşkilatın rəhbər şəxsləri və numayəndələri, akademik, professor-müəllim heyəti, tanınmış ziyalılar, elm və ictimaiyyət numayəndələri təşrif buyurmuşlar. Konfransa 100-dən çox məqalə təqdim edilmişdir. Lakin təşkilat komitəsinin qərarına görə onlardan 86-i konfransın mövzusuna və tələnlərinə uyğun olduğuna görə qəbul edilmişdir.

Konfransın plenar iclası keçirilmişdir. İlk öncə Ulu Öndər Heydər Əliyevin əbədi xatirəsinin və Azərbaycan Respublikasının müstəqilliyi və suverenliyi uğrunda şəhid olanların ruhlarının yad edilməsi və Dövlət Himninin ifası olmuşdur. Daha sonra “Heydər Əliyev və Azərbaycan Respublikasının inkişaf strategiyası”na hərs edilmiş videofilmin təqdimatı olmuşdur.

Ardınca Heydər Əliyev adına Hərni İnstitutun rektoru, polkovnik Ümüdvar Quliyev açılış nitqi söyləmişdir,  konfrans iştirakçılarını salamlamışdır.

Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov, Elm və Təhsil Nazirliyinin tabeliyində akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, AMEA-nın həqiqi üzvü, kimya elmlər doktoru, professor Vaqif Abbasov, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi, general-mayor  Elşad Nəsirov və  Heydər Əliyev adına Hərbi İnstitutun Elmi-tədqiqat şöbəsinin professoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Ramid Hüseynov çıxış edərək Heydər Əliyev və Azərbaycan Respublikasının inkişaf strategiyası, mövcud imkanlar və qarşıda duran vəzifələr, çağırışlar barəsində fikirlərini konfrans iştirakçılarına bildirmişlər. 

Sonda xatirə şəkli çəkilmişdir.

Konfrans plenar iclasdan sonra 5 bölmə üzrə işini davam etdirmiş, iştirakçıların maraqlı elmi məruzələri dinlənilmiş və müzakirələr aparılmışdır.

Keçidlər