Vəfat etmiş Vətən müharibəsi qazisi torpağa tapşırılıb
20 sentyabr 2022 | 11:11
Vətən müharibəsi qazisi, sentyabrın 18-də vəfat etmiş I qrup əlil Elnur Səmədov Dədə Qorqud şəhidliyində dəfn olunub.
Mərasim Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb, yaylım atəşi açılıb.
Dəfn mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluiyev, rayon prokuroru Sərdar İmanov, YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin nümayəndələri, qazinin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.