Vətən Müharibəsi Qəhrəmanı Həsənov Ceyhun Aydın oğlunun anım günü qeyd olunub
29 sentyabr 2024-cü ildə Vətən Müharibəsi Qəhrəmanı Həsənov Ceyhun Aydın oğlunun anım günü qeyd olunub. Qəhrəmanın II Fəxri Xiyabanda məzarı ziyarət olunub.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər şəhidin ailə üzvlərinə və yaxınlarına Allahdan səbir diləyib və bildirib ki, şəhidlərin qanı yerdə qalmayıb. Azərbaycanın qəhrəman ordusu onların qisasına layiqincə alıb. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünyanın Azərbaycanın şanlı qələbəsinin şahidi olduğunu, vətənimizin ərazi bütövlüyünü bərpa olunduğunu, üçrəngli bayrağımızın işğaldan azad edilən torpaqlarımızda dalğalandığını, bütün bunlara görə qalib Ali Baş Komandana, şəhidlərimizə və qazilərmizə minnətdar olduğumuzu vurğulayıb.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.