Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Qəhrəmanı Həsənov Ceyhun Aydın oğlunun doğum günü münasibətilə 48 saylı tam orta məktəbdə  anım tədbiri keçirilib 

29 oktyabr 2022 | 15:51

31 oktyabr 2022-ci ildə Vətən Müharibəsi Qəhrəmanı Həsənov Ceyhun Aydın oğlunun doğum günü münasibətilə qəhrəmanın adının verildiyi Xətai rayonu 48 saylı tam orta məktəbdə  anım tədbiri keçirilib. 
Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, Vətən Müharibəsi İştirakçıları şöbəsinin əməkdaşı Bəkir Əsgərzadə,  şəhid ailə üzvləri  iştirak ediblər.Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. 

Tədbirdə şəhidin xatirəsinə həsr olunmuş guşə ilə tanışlıq olub. Daha sonra unun qəhrəmanlığından söhbət açılıb,  ailə üzvləri onunla  bağlı xatirələrini bölüşüblər. 

Daha sonra şagirdlərin təqdimatında vətənpərvərlik mövzusunda bədii hissə nümayiş olunub. 

Şəhid ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.

Keçidlər