Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Qəhrəmanı Qasımov Ramiz Vaqif  oğlunun xatirəsi anılıb

23 oktyabr 2023 | 07:00

22.10.2023-cü ildə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, RİH  aparatının kollektivi, hüquq-mühafizə orqanlarının rəhbərləri, bələdiyyə sədrləri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri Vətən Müharibəsi Qəhrəmanı Qasımov Ramiz Vaqif  oğlunun anım günündə  məzarını ziyarət ediblər. 

Tədbir iştirakçıları şəhidin ruhuna dualar edib, ehtiramlarını bildiriblər. Çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev şəhidin ailə üzvlərinə və yaxınlarına Allahdan səbir diləyib və bildirib ki, şəhidlərin qanı yerdə qalmayıb. Azərbaycanın qəhrəman ordusu onların qisasına layiqincə alıb. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünyanın Azərbaycanın şanlı qələbəsinin şahidi olduğunu, vətənimizin ərazi bütövlüyünü bərpa olunduğunu, üçrəngli bayrağımızın işğaldan azad edilən torpaqlarımızda dalğalandığını, bütün bunlara görə qalib Ali Baş Komandana, şəhidlərimizə və qazilərmizə minnətdar olduğumuzu vurğulayıb. 

Daha sonra İcra başçısı şəhidin ailə üzvləri ilə söhbət edib, onların qayğıları ilə maraqlanıb. Şəhidin ailə üzvləri şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Canı bahasına şanlı tariximizi yazan şəhidlərimiz bizə qələbə sevincini yaşadan, qürur mənbəyimiz, baş tacımızdır. Onların əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq!

Keçidlər