Vətən Müharibəsi şəhidi Abbasbəyli Həmid Cavanşir oğlunun anım günü ilə əlaqədar məzarı ziyarət olunub
24 oktyabr 2024 | 13:02
24 oktyabr 2024-cü ildə Vətən Müharibəsi şəhidi Abbasbəyli Həmid Cavanşir oğlunun anım günü ilə əlaqədar məzarı rayon ictimaiyyəti tərəfindən ziyarət olunub, xatirəsi yad edilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları şəhidin məzarı üstünə əklil və gül dəstələri düzüb, ehtiramlarını bildiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev şəhidin ailə üzvləri ilə söhbət edib, onların qayğıları ilə maraqlanıb.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Allah şəhidlərimizə rəhmət eləsin!