Vətən Müharibəsi şəhidi Ağalarlı Toğrul Daşqın oğlunun anım günü münasibətilə 59 saylı tam orta məktəbdə anım tədbiri keçirilib.
05 noyabr 2022-ci ildə Vətən Müharibəsi şəhidi Ağalarlı Toğrul Daşqın oğlunun anım günü münasibətilə Xətai rayonu 59 saylı tam orta məktəbdə anım tədbiri keçirilib.
Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları şöbəsinin müdiri Anar Məmmədov, şəhid ailə üzvləri iştirak ediblər. Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirdə şəhidin qəhrəmanlığından söhbət açılıb, ailə üzvləri onunla bağlı xatirələrini bölüşüblər.
Daha sonra şagirdlərin təqdimatında vətənpərvərlik mövzusunda bədii hissə nümayiş olunub.
Şəhid ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.