Vətən Müharibəsi şəhidi Baxşəliyev Qərib İnqilab oğlunun məzarı ziyarət olunub
03 noyabr 2025 | 12:24
03 noyabr 2025-ci ildə Vətən Müharibəsi şəhidi Baxşəliyev Qərib İnqilab oğlunun anım günündə məzarı rayon ictimaiyyəti tərəfindən ziyarət olunub, xatirəsi yad edilib.
Anım tədbirində Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, rayon ağsaqqalları, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları şəhidin məzarı önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər. Şəhidin ruhuna dualar oxunub.
Çıxış edənlər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş igid Vətən övladlarının qəhrəmanlığından söz açıb, onların göstərdiyi şücaətin heç zaman unudulmayacağını vurğulayıblar.
Şəhid ailəsinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları qarşısında baş əyirik!






