Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Cəfərli Həmid Kərim oğlunun anım günü qeyd olunub

05 oktyabr 2022 | 12:06

05 oktyabr 2022-ci ildə Vətən Müharibəsi şəhidi  Cəfərli Həmid Kərim oğlunun anım günü qeyd olunmuşdur. Anım günündə rayon ictimaiyyəti tərəfindən II Fəxri Xiyabanda  şəhidimizin və Vətənin azadlığı ugrunda canından keçən digər qəhrəman Vətən övladlarımızın məzarları ziyarət edilmişdir.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  sədri Füzuli   Rzaquliyev, Müdafiə Nazirliyinin nümayəndəsi Namiq Cavadov, Hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhidlərin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.Hərbi Orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərimizin ruhuna dualar oxunub, məzarları üzərinə əklil və tər güllər düzülüb. 

Rayon İcra Hakimiyyəti başçısı Rafiq Quluyev müqəddəs torpaqlarımız uğrunda haqq savaşında canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin qəlbimizdə əbədi yaşayacağını vurgulayaraq bildirdi ki, Vətən müharibəsində qazanılan Şanlı Qələbəmiz bundan sonra da əsrlər boyu xalqımızın ən böyük vətənpərvərlik tarixi, Şanlı qəhrəmanlıq salnaməsi olacaqdır. Ali Baş Komandan cənab İlham Əliyevin müdrik hərbi strategiyası əsasında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı rəşadət və şücaət göstərərək düşmənin 30 ildən artıq davam edən hərbi təcavüzünə son qoymaqla Vətən və xalq qarşısında olan şərəfli vəzifəsini layiqincə yerinə yetirdi.
Daha sonra çıxış edənlər Azərbaycan Ordusunun 44 gün davam edən hərbi əməliyyatlar zamanı işğalçı Ermənistanın silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atmasından söz açıb, haqq yolunda ölümün gözünə dik baxan şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Keçidlər